38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

Hazırda oxunan: 38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi üzə çıxdı – RƏSMİ

639399

“Bu il 38 kosmetoloqun qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib”.

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq məlumat verilib:

“2026 – cı ilin sentyabr ayı da daxil olmaqla 38 şəxs barədə qanunsuz kosmetoloji fəaliyyətin həyata keçirməsinə görə  inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib”.

Açıqlamada qeyd edilib ki, həmin şəxslərdən 12 - si gözəllik salonlarında, 26 – sı özəl tibb müəssisəsində aparılan yoxlamaların nəticəsində aşkarlanıb:

“Sözügedən şəxslərlə əlaqədar inzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib.

Bu maddələr aşağıdakılardır:

210.1 – Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə;

215.1 – Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə;

215.4 – Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə;

221.1 – Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə;

221.10 – Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO