"Roşka" ləqəbli tiktokerə cəza istənildi - VİDEO

"Roşka" ləqəbli tiktokerə cəza istənildi - VİDEO

Hazırda oxunan: "Roşka" ləqəbli tiktokerə cəza istənildi - VİDEO

639385

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
 

Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı Rövşən Süleymanzadənin 5 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Proses bir neçə saatlıq təxirə salınıb.


Xatırladaq ki, "Roşka" ləqəbli tiktoker bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO