AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Hazırda oxunan: AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
639451
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Hava Yolları Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, 29 sentyabr – 31 dekabr 2026-cı il tarixlərində keçiriləcək kampaniya çərçivəsində sərnişinlər 2026-cı il ərzində yerinə yetirilmiş Azərbaycan Hava Yolları uçuşlarına aid minik talonlarını təqdim etməklə müxtəlif xidmətlər üzrə endirimlər əldə edə biləcəklər.

Xüsusi təkliflər Bakı və regionlarda hotellərdə gecələmə, restoran, sağlamlıq, SPA, fitnes və əyləncə xidmətlərini əhatə edir. Kampaniya həmçinin Bakı üzrə ödənişsiz şəhər avtobus turundan, oktyabrın 3-də isə bir sıra turizm məkanlarına ödənişsiz giriş imkanından yararlanmağa şərait yaradır.

Bu təşəbbüslə Azərbaycan Hava Yolları ölkədaxili turizmin təşviqinə töhfə verməyi və sərnişinlərinə uçuşdan sonra da əlavə imkanlar təqdim etməyi hədəfləyir.

Təkliflərdən yararlanmaq üçün fiziki minik talonu təqdim olunmalıdır. Hər minik talonundan yalnız bir dəfə istifadə etmək mümkündür və istifadədən sonra talon tərəfdaş şirkətdə saxlanılır. Elektron minik talonları qəbul edilmir.

Qeyd edək ki, təkliflərin qüvvədə olduğu tarixlər və istifadə şərtləri xidmətə görə dəyişir. Mövcudluqdan asılı olaraq müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.

Kampaniya ilə bağlı ətraflı məlumatı aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz:
//www.azal.az/az/journey/offers/tourism-workers-day

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO