Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Hazırda oxunan: Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

639426

“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior sosial şəbəkələrdə qeyri-adi iddianın mərkəzinə düşüb. Braziliyada bəzi istifadəçilər futbolçunun son görüntülərində əvvəlkindən fərqli olduğunu iddia edərək, futbolçunun dəyişdirildiyini və başqa şəxsin onun yerinə keçdiyini irəli sürüblər. 

Bizim.Media xəbər verir ki, bu barədə GOAL nəşri məlumat yayıb.

Braziliyalı ulduzun müəmmalı şəkildə yoxa çıxdığı və reklam öhdəlikləri üçün onun yerinə bənzərinin gətirildiyi iddia olunur.
 

İddiaların yayılmasına əsas səbəb kimi Vinisiusun ayağındakı döymə ilə bağlı görüntülər göstərilir. Nəzəriyyəni müdafiə edənlər həmçinin futbolçunun üz cizgilərində müəyyən dəyişikliklər olduğunu iddia edirlər.


Sosial şəbəkələrdə isə Vinisiusun itkin düşməsi və bu işdə ABŞ kəşfiyyatı ilə müxtəlif qlobal qrupların rolunun olması barədə təsdiqlənməmiş iddialar yayılıb.

Başqa bir iddia isə Vininin ritual zamanı ölməsi, yerinə başqasının keçməsi ilə bağlıdır.

Bununla belə, Vinisius Juniorun dəyişdirildiyini, itkin düşdüyünü, öldüyünü təsdiqləyən hər hansı etibarlı sübut yoxdur.

Qeyd edək ki, futbolçu bir müddət əvvəl çənə əməliyyatı keçirmişdi. (Globalinfo.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO