Bakıda kişi həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinir.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Binəqədi rayonunda baş verib.
42 yaşlı Rafət Ağalarovun həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirdiyi bildirilir.
Qətli törətməkdə şübhəli bilinən Rafət Ağalarov saxlanılıb. Hadisənin baş verməsinə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:38 / 29.09.2026
Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb
Hazırda oxunan: Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb
Hazırda oxunan: Bakıda ər arvadını boğaraq öldürdü – Səbəb
639449
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































