Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO

Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO

Hazırda oxunan: Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO
639391
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində sakinlər antisanitar vəziyyətdən gileylənirlər.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə müraciət daxil olub.

Zabrat qəsəbəsi, 307 nömrəli məktəbin yaxınlığında yaşayan sakinlər bildiriblər ki, ərazidə zibil qablarının vəziyyəti və onların ətrafında yaranan antisanitar mənzərə uzun müddətdir davam edir.

Qeyd olunub ki zibil qabları sıradan çıxıb, külək əsəndə zibillər əraziyə səpələnir.

"Qoxudan, çirkab əlindən burdan keçmək mümkün olmur. Zibil qablarını hamısı sınıq vəziyyətdə biri-birinə söykəyib saxlayırlar. Deyirlər ki, insanlar zibilləri yerə qoyurlar. Amma zibilləri vaxtında yığmadıqlarına və qablar dolub daşdığına görə sakinlər məcbur olurlar ki, gətirdikləri zibilləri yerə qoysunlar", - deyə müraciətdə bildirilib.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO - foto 1
Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO - foto 2
Sabunçu rayonunda antisanitar vəziyyət - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO