Ukraynanın ən böyük və tanınmış əczaçılıq şirkətlərindən biri olan “Darnitsa”nın zavodu artıq üçüncü dəfədir Rusiyanın raket və dronlarının hədəfinə çevrilir. Müharibə şəraitində belə postsovet ölkələrini və Avropa bazarlarını münasib qiymətə dərmanlarla təmin edən zavodun fəaliyyətinin pozulması təchizat və bununla da qiymət artımı problemləri yarada bilər.
Bəs “Darnitsa”nın fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanda ən çox istifadə olunan dərmanların qiymətlərinə necə təsir edəcək? Xüsusilə Diazolin, Flukonazol və Dimedrol kimi hər evin aptek qutusunda olan preparatların qiymətində artım müşahidə olunurmu?
Zavod hələ ki zərərin miqyasını açıqlamır. 2026-cı ilin əvvəlində bildirilmişdi ki, müharibə şəraiti istehsalı ləngitmir, əksinə məhsul çeşidini genişləndirməyə davam etdirilir. Hazırda isə vəziyyət həqiqətən ciddidir. 23, 26 və 28 sentyabrda Darnitsa zavoduna üç güclü zərbə endirilib. Son hücumda binanın az qala yarısı dağılıb. Dərmanlar hər tərəfə səpələnib.
Məlum məsələdir ki, bu hadisələrdən sonra qiymətdən əvvəl stok problemi real riskdir. Məsələn, Diazolin Darnitsa tabletlərinin bir müddət əvvəl stok problemi var idi, sobradan yenidən təmin olundu. Hazırda 10 ədədi 85 qəpiyə satılan bu əvəzsiz dərmanın yaxın gələcəkdə taleyinin necə olacağı bəlli deyil.
Digər dərmanlar da demək olar ki, “qəpik-quruşa” satılan, amma illərin sınağından keçmiş dərmanlardır, istehsalın azalması təbbi ki ixracın azalmasına, stokların tükənməsinə və daha baha olan alternativlərin bazarda baş qaldırmasına gətirib çıxaracaq.
Hazırda bu zəncirin son mərhələsi baş verməyib: yəni araşdırdığımız apteklərdə bu dərmanlar çatışmazlıq görünmür.
Qeyd edək ki, Darnitsadan gələn dərmanların ən məşhurları aşağıdakılardır.
Diazolin, tablet (allergiya əleyhinə)
Dimedrol, tablet (allergik reaksiyaların müalicəsi, sakitləşdirici)
Dibazol, inyeksiya (təzyiqi aşağı salan, spazm əleyhinə)
Flukonazol, kapsul, (göbələk əleyhinə)
Vikasol, (K vitamini analoqu), inyeksiya
Atropin, inyeksiya (Bradikardiya, ürək döyüntüsünün tənzimlənmısi üçün)
Sulfokamfokain, inyeksiya (Kəskin və xroniki tənəffüs çatışmazlığı üçün)
Natrium adenozintrifosfat (Taxikardiyaya qarşı, həmçinin, hüceyrələri enerji ilə təmin edən, toxumaların qidalanmasını yaxşılaşdıran dərman)
Şəfiqə Şəfa, Bizim.Media

































































































