Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Hazırda oxunan: Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO
639459
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabad rayonunun Təklə kəndi ərazisində elmə əvvəllər məlum olmayan yeni arxeoloji abidə – Oğlantəpə yaşayış məskəni aşkar edilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan Tunc – İlk Dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə ilkin arxeoloji araşdırmalar aparılıb.

Oğlantəpə Cəfərli yolundan təxminən 130 metr şimal-qərbdə, diametri 100, hündürlüyü isə 20 metrə yaxın olan təbii təpə üzərində yerləşir. Təpənin ətrafından qədim çay dərələri keçir.
 

Araşdırmalar zamanı abidənin üst qatından Orta əsrlərə aid saxsı nümunələri, daha dərin mədəni təbəqələrdən isə əsasən İlk Tunc dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Tapıntılar arasında saxsı qab fraqmentləri və daşdan hazırlanmış əşyalar var.

 

Mütəxəssislər hesab edir ki, belə abidələrin sistemli şəkildə öyrənilməsi Muğan ərazisində İlk Tunc dövrü yaşayış məskənlərinin yayılma arealını müəyyənləşdirməyə və bölgənin arxeoloji xəritəsini dəqiqləşdirməyə imkan verəcək.

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO - foto 1
Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO - foto 2
Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO - foto 3
Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO