Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Hazırda oxunan: Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”
629744
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rəsmi səfərim çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul olunmaq mənim üçün şərəf oldu. Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə hərtərəfli müzakirələr apardıq. Xüsusilə siyasi dialoq, energetika, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə diqqət yetirdik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov öz “X” hesabında yazıb.
 

XİN rəhbəri Zelenskini Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi barədə məlumatlandırdığını bildirib.


“Prezident Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davam edən dəstəyimizə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirirəm”, - Ceyhun Bayramov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO