Ceyhun Bayramov Kiyevdə həlak olan ukraynalı müdafiəçilərin xatirəsini yad etdi - FOTO

Ceyhun Bayramov Kiyevdə həlak olan ukraynalı müdafiəçilərin xatirəsini yad etdi - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Kiyevdə həlak olan ukraynalı müdafiəçilərin xatirəsini yad etdi - FOTO

629615

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Kiyevdə həlak olan ukraynalı müdafiəçilərin xatirəsini ehtiramla yad edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov ukraynalı həmkarı Andriy Sibiha ilə birlikdə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Memorial Kompleksini ziyarət edib.

Nazirlər memorial önünə əklil qoyaraq ölkənin ərazi bütövlüyü uğrunda həlak olan ukraynalı müdafiəçilərin xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafına dair bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO