
- A-
- A
- A+
Siyasət
11:08 / 06.08.2026
1 dəq oxunma
Ceyhun Bayramov Kiyevdə Ukrayna istehsalı olan PUA-larla tanış oldu - FOTO
Hazırda oxunan: Ceyhun Bayramov Kiyevdə Ukrayna istehsalı olan PUA-larla tanış oldu - FOTO
629614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna xarici işlər naziri Andriy Sibiqa ilə görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, rəsmi qarşılama mərasimindən sonra nazirlər Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.
Qeyd edək ki, Ceyhun Bayramovun Ukraynaya səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi, həmçinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün



































































































