Abbas Abbasov: “Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər”

Abbas Abbasov: “Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər”

Hazırda oxunan: Abbas Abbasov: “Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər”

624633

"“Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu Bakı Təşəbbüs Qrupunun dövlət qurumu ilə imzaladığı ilk memorandumdur".
 

MÖVZU İLƏ BAĞLI: 

Bakı Təşəbbüs Qrupu və Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu İMZALANDI – FOTO


Bizim.Media xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib:

"Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu 2015-2016-cı illərdə diplomatik akademiya olaraq fəaliyyət göstərib. İndi isə dövlət institutuna çevrilib. Hazırda da Burkina Fasoda bu institutda diplomatlar üçün təlimlər həyata keçirilir. Biz ilk olaraq birgə təlimlər həyata keçirəcəyik, hesabatlar hazırlanacaq. Gələcəkdə dekolonizasiya prosesinə cəlb olunmaq istəyən hüquqşünaslar, beynəlxalq ekspertlər, xarici tələbələri təlimlərimizə dəvət edəcəyik. Növbəti mərhələlərdə fəaliyyətimiz genişlənə bilər".

Abbas Abbasov bildirib ki, bu Anlaşma Memorundumu ilə digər Afrika ölkələri də əməkdaşlığa cəlb edilə bilər.

"Nəinki dövlət qurumları, həmçinin vətəndaş cəmiyyəti institutları ilə də memorondum imzalamağı planlaşdırırıq".

Qeyd edək ki, Bu gün Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin “Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandurumu Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov və Burkina Fasodan nümayəndə, "INHEI"-nin Baş direktoru Philippe Sandwıdı imzalayıb.

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO