Ukraynada olan Azərbaycan TIR-ları Rumıniya sərhədinə çatıb

Ukraynada olan Azərbaycan TIR-ları Rumıniya sərhədinə çatıb

Hazırda oxunan: Ukraynada olan Azərbaycan TIR-ları Rumıniya sərhədinə çatıb
62426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Ukraynaya humanitar yardım aparan 2-ci təyyarəsi Polşada eniş etdi - FOTO


İlkin olaraq Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Hazırda nəqliyyat vasitələri Rumıniya ilə sərhədə çatıb və Rumıniyaya keçid üçün sənədləşməni gözləyirlər.

Təxliyə prosesi Moldovadakı diplomatik korpusumuzun köməyi ilə həyata keçirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir.

Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin də təxliyəsi ilə bağlı işlər görülür, onlarla mütəmadi olaraq əlaqə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO