Sahibə Qafarovanın Xameneinin vida mərasimində iştirakı ilə bağlı MƏLUMAT - FOTO

Sahibə Qafarovanın Xameneinin vida mərasimində iştirakı ilə bağlı MƏLUMAT - FOTO

Hazırda oxunan: Sahibə Qafarovanın Xameneinin vida mərasimində iştirakı ilə bağlı MƏLUMAT - FOTO

623136

Milli Məclisin sədri Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Azərbaycan nümayəndə heyəti Xamenei ilə vida mərasimində - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, S.Qafarovanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.
 

Tehranın Mehrabad beynəlxalq hava limanında nümayəndə heyətini İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, ölkəmizin İrandakı səfiri Əli Əlizadə və protokol əməkdaşları qarşılayıblar.


Sonra S.Qafarovanın başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti Tehranın Mosallah kompleksində keçirilən vida mərasimində iştirak edib.

Tədbirdə Milli Məclisin sədri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə edib, Azərbaycan xalqının dərin hüzn və ehtiramını İran xalqına çatdırıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Samir Şərifov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO