Türkiyədə məşhurlara qarşı əməliyyat: Özcan Deniz də saxlanıldı

Türkiyədə məşhurlara qarşı əməliyyat: Özcan Deniz də saxlanıldı

Hazırda oxunan: Türkiyədə məşhurlara qarşı əməliyyat: Özcan Deniz də saxlanıldı
649537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosunun apardığı araşdırma çərçivəsində 35 şübhəli barəsində saxlanılma qərarı verilib.

Saxlanılanlar arasında məşhur müğənni Özcan Deniz də var.
 

Baş Prokurorluğun açıqlamasında narkotik və ya psixotrop maddələrin ticarəti, həmin maddələrin təmin edilməsi, narkotik vasitələrdən istifadə və ya onların saxlanılması ilə bağlı istintaqların davam etdirildiyi bildirilib.


Qeyd olunub ki, şübhəlilərin ifadələri, şahidlərin ifadələri, müsadirə edilmiş mobil telefonlar və rəqəmsal materiallar üzrə ekspertiza nəticəsində hazırlanmış hesabatlar, eləcə də gizli şahidlərin ifadələri qiymətləndirilib. Bu məlumatlar əsasında narkotik maddələrdən istifadə edilməsi və ya saxlanılması ilə bağlı şübhələr yaranan 35 nəfər barəsində saxlanılma qərarı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO