Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

Hazırda oxunan: Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

622688

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında müxtəlif istiqamətlərdə uğurla inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində qlobal yol hərəkəti təhlükəsizliyinin təşviqi istiqamətində aparılan fəaliyyət yüksək qiymətləndirilib.
 

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, rəqəmsal həllərin tətbiqi vasitəsilə nəqliyyat sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub.


Görüşdə yol hərəkəti təhlükəsizliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO