TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

Hazırda oxunan: TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”
622164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün mühüm əhəmiyyət daşıyır”.

Bizim.Media xəbər verir ki, bu fikri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı səsləndirib.

Baş katib qeyd edib ki, Qəbələ Sammitində qəbul olunan bəyannamələrdə və “Türk Dünyası – 2040” Vizyonunda əksini tapan hədəflər Türk dövlətlərinin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, Birinci Türkoloji Qurultayın yüz il əvvəl ortaya qoyduğu ideyalar bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində uğurla davam etdirilir.
 

Kubanıçbek Ömüralıyev vurğulayıb ki, son illər türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və humanitar əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Bu əməkdaşlığın təməlində ortaq tarix, dil və mədəni irs dayanır.


Baş katib əlavə edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər ortaq irsin daha dərindən öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına və Türk dünyasında inteqrasiya prosesinin daha da güclənməsinə töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO