Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Hazırda oxunan: Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

622139

“Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alınıb”.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən "Türk Dünyası Həftəsi"nin iştirakçılarına MÜRACİƏT


Prezident bildirib ki, qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular:

"Onların xatirəsini bu gün də ehtiramla yad edirik. Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırıb".

Dövlət başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlərin dayandığını əminliklə söyləmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO