Kərim Vəliyev Qazaxıstanın xüsusi medalı ilə təltif olundu – FOTO

Kərim Vəliyev Qazaxıstanın xüsusi medalı ilə təltif olundu – FOTO

Hazırda oxunan: Kərim Vəliyev Qazaxıstanın xüsusi medalı ilə təltif olundu – FOTO
620008
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdədir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyev Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Kanış Abubakirov ilə görüş keçirib.
 

Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayaraq iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordularımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.


Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qazaxıstan tərəfi Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının inkişafına verdiyi mühüm töhfəyə görə general-polkovnik K.Vəliyevi "Hərbi əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə" medalı ilə təltif edib.

Kərim Vəliyev Qazaxıstanın xüsusi medalı ilə təltif olundu – FOTO - foto 1
Kərim Vəliyev Qazaxıstanın xüsusi medalı ilə təltif olundu – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO