Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

Hazırda oxunan: Netanyahudan İlham Əliyevə təbrik MƏKTUBU

618947

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, əziz dost.

Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. İllər keçdikcə daha da möhkəmlənən əsl dostluğumuza və xalqlarımız arasındakı əlaqələrə görə minnətdaram. Regional sabitliyə töhfə verən, sülhün təşviqində və bizi ortaq məqsədlərimizə çatmağa yaxınlaşdırmaqda mühüm rol oynayan səylərinizi, ekstremizmə qarşı mübarizədə qətiyyətli mövqeyinizi çox yüksək qiymətləndirirəm.
 

Ölkənizin İsrailə davamlı dəstəyinə, oktyabrın 7-də HƏMAS-ın mənfur hücumundan sonra nümayiş etdirdiyiniz həmrəyliyə, həmçinin regional təhdidlərə qarşı mübarizənizə görə Sizə xüsusilə minnətdaram. Bu, hökumətlərimiz və xalqlarımız arasında əsl tərəfdaşlığımızın əsaslandığı etimadı və hörməti təsdiqləyir.


İkitərəfli münasibətlərimizin və süni intellekt, aviasiya, turizm, akademik sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığımızın daha da genişləndirilməsini, həmçinin Birgə Komissiyanın növbəti iclasının keçirilməsini səbirsizliklə gözləyirəm.

Sizə, ailənizə və Azərbaycan xalqına daha yüksək firavanlıq və uğurlar arzulayıram."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO