“İlham Əliyevin liderliyini təqdir edirəm” – Prezidentə MƏKTUB

“İlham Əliyevin liderliyini təqdir edirəm” – Prezidentə MƏKTUB

Hazırda oxunan: “İlham Əliyevin liderliyini təqdir edirəm” – Prezidentə MƏKTUB
618505
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Albaniya Prezidenti Bayram Beqay azərbaycanlı həmkarı İlham Əliyevi 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Bizim.Media təbrik məktubunu təqdim edir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına Albaniya xalqı adından və öz adımdan ən səmimi təbriklərimi, davamlı sülh, tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.

Albaniya Azərbaycanla dostluq münasibətlərini və ölkələrimiz arasında güclənən tərəfdaşlığı yüksək qiymətləndirir. Qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan münasibətlərimiz əlaqələrin daha da möhkəmlənməsinə sadiqliyimizi əks etdirərək davamlı şəkildə inkişaf edir.

Zati-alinizin bu tərəfdaşlığın dərinləşməsində mühüm rol oynayan liderliyini təqdir edirəm.
 

Əminəm ki, Sizin rəhbərliyinizlə Albaniya ilə Azərbaycan arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə enerji, turizm və infrastruktur da daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yeni yollar açaraq möhkəmlənməkdə davam edəcək.


Zati-aliləri, Sizə və ailənizə ən xoş arzularımı bildirir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO