Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO

Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO

Hazırda oxunan: Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO
618502
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib.
 

Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.


Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən "Slobodişte" Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə inşa edilmiş abidə önünə əklil dəstəsi qoyaraq dərin hörmət və ehtiramını bildirib.

Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO - foto 1
Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO - foto 2
Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO - foto 3
Zakir Həsənov Aleksandr Vuçiçin qəbulunda - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO