Müharibə bitəcək, Prezident seçkiləri KEÇİRİLƏCƏK – Ukrayna üçün SENSASİON SSENARİ

Müharibə bitəcək, Prezident seçkiləri KEÇİRİLƏCƏK – Ukrayna üçün SENSASİON SSENARİ

Hazırda oxunan: Müharibə bitəcək, Prezident seçkiləri KEÇİRİLƏCƏK – Ukrayna üçün SENSASİON SSENARİ

615562

Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin başa çatması ilə bağlı açıqlaması bütün dünyada geniş müzakirələrə yol açıb. Hakim “Xalqın xidmətçisi” partiyasından olan Ali Rada deputatları ilə görüşdə Zelenski Rusiya ilə münaqişənin bu ilin noyabr ayına qədər başa çata biləcəyini bildirib.

Doğrudur, Zelenski daha əvvəl də bu cür açıqlamalar verib. Lakin bir neçə gün əvvəl Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyakın səsləndirdiyi fikirlər həqiqətən də, savaşın bitməsi ehtimalını aktuallaşdırıb.  O qeyd edib ki, müəyyən şərtlər daxilində ölkədə seçkilər 2027-ci ilin yazında keçirilə bilər. Bu əsasda o, vurğulayıb ki, ölkədə seçki prosesinə yalnız davamlı atəşkəsdən ən azı üç ay sonra start veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!


Podolyak qeyd edib ki, Rusiya müharibəni cəbhə xətti üzrə dayandırmağa razı olacağı təqdirdə seçkilərin keçirilməsi mümkündür.

Görəsən, savaşın bitməsi ehtimalı nə qədər realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev noyabra qədər müharibənin başa çatacağını real hesab etmədiyini bildirib:

“Bununla belə, onun fikrincə, atəşkəs mümkündür. Bu ilin sonlarına müharibə bitərsə, aydın məsələdir ki, gələn ilin yazında Ukraynada seçkilər olacaq. Amma Ukrayna rəsmiləri müharibənin bu ilin noyabrına qədər başa çatacağını desələr də, onun detallarını açıqlamırlar. Tərəflər danışıqlarda da ortaq məxrəcə gələ bilmir. Rusiya işğal etdiyi torpaqları geri qaytarmayacağını bəyan edir. Ukrayna isə ərazi itkisilə barışmayacağını söyləyir”.

Ekspert qeyd edib ki, ola bilsin, Zelenski ABŞ ilə bağlı nəyəsə ümid etdiyindən belə bir açıqlama verib:

“Yəqin rəsmi Kiyev sadəcə olaraq ABŞ ilə əlaqədar nəyəsə ümid edir. Amma o da Zelenskinin dediyi kimi, heç də müharibənin başa çatması deyil, yalnız hərbi əməliyyatların dayandırılması və danışıqlar prosesinə başlamaq ola bilər. Danışıqlar isə aydındır ki, uzun çəkəcək və tərəflər ortaq məxrəcə gələ bilməyəcəklər. Yaxın Şərqdəki durum və Rusiyanın iqtisadi vəziyyətindən asılı olaraq atəşkəsin əldə edilməsi mümkündür. Hətta hərbi əməliyyatlar 1-2 aya da dayana bilər. Belə bir atəşkəs olacaqsa, sözsüz ki, seçkilər də olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO