Somali Prezidentinin müşaviri: “Azərbaycan həm regional, həm də sivilizasiyalar arasında bir körpüdür”

Somali Prezidentinin müşaviri: “Azərbaycan həm regional, həm də sivilizasiyalar arasında bir körpüdür”

Hazırda oxunan: Somali Prezidentinin müşaviri: “Azərbaycan həm regional, həm də sivilizasiyalar arasında bir körpüdür”

613084

“Azərbaycan bu gün həm regional, həm də sivilizasiyalar arasında bir körpü kimi çıxış edir, dialoqun, sülhün və dayanıqlı inkişafın təşviqi istiqamətində mühüm addımlar atır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Somali Federativ Respublikası Prezidentinin müşaviri, “Sadar” İnstitutunun təsisçisi və baş icraçı direktoru Mohamed Osman Mohamoud “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda əlimizdə cavablardan daha çox suallar var. Bu suallar isə bizdən sistemli təfəkkür və diqqətli təhlil tələb edir.

Bilirik ki, 2 milyarddan çox insan həssas və münaqişələrdən əziyyət çəkən bölgələrdə yaşayır. İqlim dəyişikliyinin səbəb olduğu fəsadların milyonlarla insana mənfi təsir göstərdiyi də məlumdur. Milyonlarla insanın aclıq və ərzaq təhlükəsizliyi problemi ilə üz-üzə qaldığından xəbərdarıq.

Mohamed Osman Mohamoudin fikrincə, Qlobal Cənub QHT Platforması icmaları birləşdirmək, səsləri ucaltmaq və təcrübələri qlobal fəaliyyətə çevirmək baxımından tarixi bir rol daşıyır.

Vətəndaş cəmiyyəti qərarların qəbulu prosesində kənarda qalmamalıdır. O, ortaq gələcəyimizin formalaşdırılmasının mərkəzində dayanmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO