“Həm Azərbaycana, həm də Türkiyəyə qarşı planlar həyata keçirməyə çalışırlar" - Sabiq nazir

“Həm Azərbaycana, həm də Türkiyəyə qarşı planlar həyata keçirməyə çalışırlar" - Sabiq nazir

Hazırda oxunan: “Həm Azərbaycana, həm də Türkiyəyə qarşı planlar həyata keçirməyə çalışırlar" - Sabiq nazir

612698

"Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycana qarşı aparılan siyasət təkcə açıq işğalçılıqdan ibarət deyil. Bunun arxasında müəyyən maraq qrupları, müxtəlif siyasi və iqtisadi dairələr dayanır və onlar regionda münaqişələrin davam etməsində maraqlıdırlar".

Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada bildirib.

O qeyd edib ki, bəzi qüvvələr üçün “konfliktlə idarəetmə” və ya “konflikt üzərindən qazanc əldə etmə” sistemi mühüm vasitəyə çevrilib.

Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə təmin etməsi isə həmin dairələrin planlarına ciddi zərbə oldu:

"Bu, dövlətimizin böyük qələbəsi və tarixi zəfəridir. Biz bu reallığı qorumaq və möhkəmləndirmək üçün daim ayıq-sayıq olmalıyıq. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu məsələlərdə xüsusi həssaslıq və diqqət vacibdir.

Çünki dünyada müəyyən mərkəzlər həm Azərbaycana, həm də strateji müttəfiqimiz olan Türkiyəyə qarşı müxtəlif planlar həyata keçirməyə çalışırlar. Belə şəraitdə ən vacib məsələlərdən biri bizə qarşı yönələn təxribatları vaxtında aşkar etmək, düzgün qiymətləndirmək və onların qarşısını almaqdır".

Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO