Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq

Hazırda oxunan: Meloni: Prezident Əliyevlə İranla bağlı fikir mübadiləsi apardıq
611184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni İranla bağlı böhran, bölgədə baş verən hadisələr və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 

MÖVZU İLƏ BAĞLI: 

İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR

 

Bizim.Media xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.

"Təbii ki, Prezident Əliyevlə İranla bağlı böhrandan tutmuş bölgəmizdə baş verən və hamımıza aid olan hadisələrə qədər əsas beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq", - C. Meloni bildirib və əlavə edib ki, İranla ümumi sərhədi olan, ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı olub:

"Bir daha arzu edirik ki, bu böhran mümkün qədər ən qısa müddətdə aradan qalxsın. Bu məqsədə xidmət edən hər hansı təşəbbüsə dəstək verməyə, bölgədə sabitliyin qurulmasına öz sadiqliyimizi bir daha vurğuladım.
 

Mən, həmçinin Azərbaycana, Prezidentə və Azərbaycanın bütün hakimiyyət orqanlarına İtaliyada təhlükə ilə üzləşən, ölkəni tərk etməyə məcbur olan çoxsaylı italyan vətəndaşların təxliyə olunmasında İtaliya üçün lazımi əməliyyatları həyata keçirdiyinə təşəkkürümü bildirmək istəyirəm.


Sizin tərəf bu işdə tam tədbirləri gördü və daha dəqiq desək, Sizə təşəkkür edirəm ki, Tehrandakı səfirliyimizin müvəqqəti olaraq Bakıya köçürülməsinə, təhlükəsizlik şəraitində səmərəli şəkildə işləməsinə dəstək verdiniz. Bu, dostluğumuzu nümayiş etdirən digər elementdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO