Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO

Hazırda oxunan: Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO
610222
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Kolumbiyanın xarici işlər nazirinin müavini xanım Xuana Esperanza Kastro Santamaria ilə Azərbaycana səfəri zamanı səmərəli müzakirələr apardıq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında yazıb.

“Ölkələrimiz arasında siyasi dialoqun hazırkı səviyyəsi ümidvericidir.
 

İqtisadi və ticarət, mədəni və humanitar, turizm və insanlararası mübadilə sahələrində əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli potensial mövcuddur.


Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir və biz bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını da müzakirə etdik. Kolumbiya tərəfinə Azərbaycanda ispan dilinin təşviqinə verdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk”, - Hikmət Hacıyev əlavə edib.

Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO - foto 1
Həm Azərbaycan, həm də Kolumbiya mina problemindən əziyyət çəkir... - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO