Azərbaycanla Uruqvay arasında viza rejimi müzakirə edildi - FOTO

Azərbaycanla Uruqvay arasında viza rejimi müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycanla Uruqvay arasında viza rejimi müzakirə edildi - FOTO
610192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarici işlər naziri Ceyhun Bayramov Uruqvayın xarici işlər nazirinin müavini Valeriya Çukasini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Uruqvay arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və institusional əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
 

Diplomatik akademiyalar arasında əməkdaşlıq haqqında razılaşma məmnunluqla qeyd olunaraq, kadr hazırlığı, təcrübə mübadiləsi və birgə təlim proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması məqsədilə viza rejiminin liberallaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.


Tərəflər ötən il Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Uruqvaya səfərinin ticarət və iqtisadi əlaqələrin inkişafına müsbət töhfə baxımından vacibliyini vurğulayaraq, bu kimi təmasların davamlılığının əhəmiyyətini qeyd ediblər.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə xarici işlər nazirinin müavini Valeriya Çukasi rəhbərlik edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO