Azərbaycan-Ukrayna tərəfdaşlığı Avropa mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – Məzahir Əfəndiyevin MƏQALƏSİ

Azərbaycan-Ukrayna tərəfdaşlığı Avropa mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – Məzahir Əfəndiyevin MƏQALƏSİ

Hazırda oxunan: Azərbaycan-Ukrayna tərəfdaşlığı Avropa mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – Məzahir Əfəndiyevin MƏQALƏSİ

610115

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da “Ukraine aims for Peace!” adlı məqaləsi dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə bu gün Azərbaycanın suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış siyasətə öz sadiqliyini ifadə etdiyi, Ukrayna Respublikasının da dost dövlətlərdən olaraq bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, hər zaman ölkəmizin haqq və ədalət işinə siyasi müstəvidə dəstək verdiyi vurğulanıb.

Deputat qeyd edib ki, Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 31 yanvar 1992-ci ildə qurulmasına, ölkə liderləri arasında müxtəlif platformalarda ikitərəfli təmasların baş tutmasına baxmayaraq, Azərbaycan Prezidentinin, Ümummilli Lider Heydər Əliyevin, Ukraynaya ilk rəsmi səfəri 24-25 mart 1997-ci il tarixlərində baş tutub.

Eyni zamanda, M.Əfəndiyev bu gün Azərbaycan və Ukraynanın təkcə dost deyil, həm də mühüm strateji tərəfdaş olduqlarını qeyd edib. 25 aprel 2026-cı il tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərin Azərbaycanla Ukraynanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə nəinki şərait yaratdığı, eyni zamanda dəyişən qlobal siyasi arxitektura fonunda yeni əməkdaşlıq imkanlarının təməlinin qoyulduğu diqqətə çatdırılır.

Millət vəklili, həmçinin, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin inkişafında parlamentlərarası dostluq qrupu platformalarının əhəmiyyətinə toxunub. Məzahir Əfənfiyevin də təmsil olunduğu Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Məclisdə 1995-ci il tarixindən fəaliyyət göstərir. Keçən müddət ərzində istər təşkil olunan milli bayramlar, bir sıra sosial layihələr, istərsə də qarşılıqlı səfərlər çərçivəsində Həmin İşçi Qrupu fəallıq nümayiş etdirərək iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmlənməsinə öz təhfəsini verib.

Sonda, müşahidə etdiyimiz dostluq münasibətlərinin, keçirilən görüşlərin bu gün hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verdiyi qeyd olunur.

Həmin məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

//www.eureporter.co/world/azerbaijan-world/2026/04/29/ukraine-aims-for-peace/

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO