İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

Hazırda oxunan: İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

609743

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb və Yaxın Şərq, həmçinin Cənubi Qafqazda sabitliyin qorunmasını müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat İtaliyanın Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Azərbaycanın Avrasiya regionunda rolu fundamental xarakter daşıyır və ölkə İtaliya üçün əsas müttəfiq, eləcə də enerji sektorunda strateji tərəfdaşdır", - məlumatda qeyd olunub.

Qvido Krozetto İran dronlarının Naxçıvana hücumunu qınadığını xatırladıb:

"Eyni zamanda Bakının gərginliklərin idarə olunmasında nümayiş etdirdiyi təmkin və məsuliyyət hissini təqdir etdiyimi vurğuladım".

Qeyd edək ki, nazirlər söbət zamanı ikitərəfli əməkdaşlıq, xüsusən də Silahlı Qüvvələr arasında tədris və təlim fəaliyyətlərini müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, əməkdaşlıq sahələrini genişləndirmək üçün gələcək danışıqları təşviq etməyə ortaq hazırlıq təsdiqlənib.

"Həmçinin, davam edən münaqişələrin regional təhlükəsizliyə təsirləri fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikir bölüşülüb", - Krozetto qeyd edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO