Moskva Zelenskinin Qazaxıstana səfərini bloklayıb, Azərbaycana gəlişinin qarşısını almağa çalışıb

Moskva Zelenskinin Qazaxıstana səfərini bloklayıb, Azərbaycana gəlişinin qarşısını almağa çalışıb

Hazırda oxunan: Moskva Zelenskinin Qazaxıstana səfərini bloklayıb, Azərbaycana gəlişinin qarşısını almağa çalışıb

609419

Ukrayna Prezidenti Volodimir Zelenskinin son diplomatik turu ilə bağlı yeni detallar açıqlanıb.

Bizim.Media xəbər verir ki, AZfront bir neçə müstəqil mənbəyə istinadən Zelenskinin Səudiyyə Ərəbistanı və Azərbaycanla yanaşı, Qazaxıstana da səfər etməyi planlaşdırdığını yazıb.

Məlumata görə, Ukrayna liderinin Astanaya səfəri ilkin olaraq aprelin 24-nə nəzərdə tutulubmuş.

AZfront-un iddiasına əsasən, Zelenskinin Cənubi Qafqaz və Mərkəzi Asiyanın əsas paytaxtlarına planlaşdırılan səfərləri barədə məlumat Moskvada kəskin narazılıq doğurub.

Bildirilir ki, Rusiya tərəfi Zelenskinin bu regional güc mərkəzlərində görünməsinin qarşısını almaq üçün Qazaxıstan və Azərbaycanla intensiv təmaslara başlayıb.
 

Mənbələrin məlumatına görə, Moskvanın səyləri nəticəsində Ukrayna Prezidentinin Astanaya səfəri ləğv olunub. Bu isə onun Səudiyyə Ərəbistanına səfər qrafikində də dəyişikliklərə səbəb olub.


Bununla belə, rəsmi Bakının Zelenskinin işgüzar səfəri ilə bağlı mövqeyinin dəyişmədiyi bildirilir.

Qeyd olunur ki, aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Qəbələ şəhərində Prezident İlham Əliyevlə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO