Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

Hazırda oxunan: Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

609326

Azərbaycan yerli icmaların ehtiyacları üçün humanitar yardım kimi Ukraynaya beş sərnişin avtobusu verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, 2022-ci ildən bəri Azərbaycan hücumlar şəraitində enerji sisteminin işini təmin etmək üçün generatorlar, transformatorlar və digər kritik vacib avadanlıqlar da daxil olmaqla, 45 milyon dollardan çox məbləğdə humanitar yardım edərək Ukrayna xalqına dəfələrlə dəstək göstərib.

Sibiqa həmçinin qeyd edib ki, 500-dən çox ukraynalı uşaq Azərbaycan ərazisində bərpa proqramlarında iştirak edib.

O vurğulayıb ki, Ukrayna ölkəyə dayanıqlığını qorumağa və irəli getməyə kömək edən bu cür dəstəyi yüksək qiymətləndirir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO