Hakan Fidan: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanacaq

Hakan Fidan: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanacaq

Hazırda oxunan: Hakan Fidan: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanacaq

608057

Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinq zamanı deyib.

"Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid edir", - o bildirib.

H. Fidanın sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının iqtisadi faydaları var:

"Orta Dəhlizinin həyata keçirilməsində bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan önəmlidir. Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda Avropa İttifaqı ilə də iş görürük. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bütün bölgə ölkələri inkişaf edəcək. Buna çox yaxınıq".

O qeyd edib ki, Türkiyə Cənubi Qafqazda sülhün təmin olunması üçün böyük səy göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO