Şahin Mustafayev: “Türk dünyasının gələcəyi üçün mühüm qərarlar qəbul edilib”

Şahin Mustafayev: “Türk dünyasının gələcəyi üçün mühüm qərarlar qəbul edilib”

Hazırda oxunan: Şahin Mustafayev: “Türk dünyasının gələcəyi üçün mühüm qərarlar qəbul edilib”

608027

Birinci Türkoloji Qurultayı 1926-cı ildə Bakıda keçirilib və Türk dünyası tarixində son dərəcə mühüm bir hadisədir. Bu hadisənin tarixi əhəmiyyətini daha yaxşı anlamaq və düzgün qiymətləndirmək üçün, məncə, qurultayın keçirildiyi dövrün tarixi-siyasi mühiti və həmin vaxtkı şərait mütləq nəzərə alınmalıdır.

Bizim.Media  xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına” mövzulu panel iclasda çıxışı zamanı bildirib.

“Türk tarixində ilk dəfə olaraq bu qurultay çərçivəsində Sibirdən Krıma, Anadoludan digər geniş coğrafiyalara qədər yaşayan türk xalqlarının nümayəndələri bir araya gəldilər. Onlar ortaq mədəniyyət, dil, tarix və gələcək ilə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək imkanı qazandılar. Eyni zamanda türkçülük ideyasının inkişafı və Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib”,- deyə Şahin Mustafayev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO