Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda ADF2026-da çıxış etməkdən şərəf duyduğunu qeyd edib.
Bizim.Media xəbər verir ki, o, bunu Antalya Diplomatiya Forumunda iştirakı ilə bağlı sosial media hesabındakı paylaşımında yazıb.
O, artan qütbləşmə və beynəlxalq münasibətlərə inamın azaldığı bir dövrdə regional sahibliyə strateji zərurət və məsuliyyət kimi yanaşıldığını vurğulayıb:
"Bizim üçün bu anlayış həm də regional liderlik, regional inklüzivlik və ortaq regional məsuliyyətdən ibarətdir. Azərbaycan ilk gündən etibarən regional sahibliyin qəti tərəfdarı olub. Azərbaycan–Türkiyə tərəfdaşlığından tutmuş regional təhlükəsizliyin əsas sütunu kimi, Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–İran–Türkiyə kimi genişləndirilmiş formatlara və qonşu regionlarla daha geniş əməkdaşlıqlara qədər bu səylər institusionallaşdırılmış regional əməkdaşlığın sabitlik və rifah gətirə biləcəyini nümayiş etdirir".


Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:05 / 17.04.2026
Hikmət Hacıyev: “Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır” – FOTO
Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır” – FOTO
Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır” – FOTO
607708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































