Azərbaycan və Ermənistan Qarabağla bağlı konsensusa gəliblər - Erməni deputat AÇIQLADI

Azərbaycan və Ermənistan Qarabağla bağlı konsensusa gəliblər - Erməni deputat AÇIQLADI

Hazırda oxunan: Azərbaycan və Ermənistan Qarabağla bağlı konsensusa gəliblər - Erməni deputat AÇIQLADI
605101
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bizim əsas problemimiz odur ki, Azərbaycan və Ermənistan hakimiyyətləri Qarabağla bağlı konsensusa gəliblər".

Bunu fevralın 28-də jurnalistlərə müsahibəsində müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi beş prinsip artıq Ermənistan üçün qəbul olunub, bu da sülh müqaviləsinin bağlanması üzrə danışıqların Azərbaycan üçün uğurla başa çatması deməkdir.

Abramyana görə, bundan sonra Qarabağın təslim edilməsi prosesi Ermənistan hakimiyyətini xüsusi şəkildə qıcıqlandırmır. Onun fikrincə, mövzu sırf Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə olunur.

Tiqran Abramyan Rusiya bu prosesdən kənarda qalmadığını ifadə edib.

“Bölgəmizdəki proseslərə nəzarəti ələ keçirməklə bağlı Qərblə Rusiya arasında dərin qarşıdurma var. Rusiya hələ ki, öz mövcudluğunu təmin edə bilir, lakin 4-6 aydan sonra nə olacağını demək çətindir”, - deyə, Tiqran Abramyan qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO