İran səfiri Azərbaycana təşəkkür etdi

İran səfiri Azərbaycana təşəkkür etdi

Hazırda oxunan: İran səfiri Azərbaycana təşəkkür etdi
599153
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, çətin günlərdə Azərbaycandan ünvanlanan həmrəylik mesajları İran xalqı tərəfindən yüksək qiymətləndirilir.

Onun sözlərinə görə, qarşılıqlı dəstək və həmrəylik iki ölkə arasındakı tarixi və mədəni bağların bir hissəsidir.
 

Səfir çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidentinə Ali Rəhbərin ölümü ilə bağlı başsağlığı verdiyini və İrana göstərilən dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb:


"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Danışıq zamanı regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Telefon danışığı çərçivəsində Azərbaycan tərəfi bir daha vurğulayıb ki, ölkə öz ərazisindən hər hansı dövlətə, o cümlədən İrana qarşı istifadə olunmasına yol verməyəcək. Bu mövqe rəsmi Bakı tərəfindən dəfələrlə bəyan edilib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO