Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında İŞTİRAK EDİB - FOTO

Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında İŞTİRAK EDİB - FOTO

Hazırda oxunan: Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında İŞTİRAK EDİB - FOTO
579290
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Özbəkistanın Səmərqənd şəhərində UNESCO Baş Konfransının 43-cü sessiyasına qatılıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sessiya çərçivəsində nazir müavini 6 noyabr tarixində təşkilatın yeni baş direktorunun seçkilərində səsvermədə iştirak edib.

Seçkilər nəticəsində Misir Ərəb Respublikasından olan namizəd Xalid El-Enani səs çoxluğu ilə UNESCO-nun yeni baş direktoru seçilib.
 

Səfər zamanı Elnur Məmmədov Baş Konfransın yeni sədri Xondker Mohammad Talha və UNESCO İcraiyyə Şurasının sədri Vera Laköy ilə görüşlər keçirib.


Görüşlər zamanı Azərbaycanın UNESCO-nun idarəetmə orqanlarının fəaliyyətində oynadığı aktiv rol, təşkilata verdiyi mühüm töhfələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında İŞTİRAK EDİB - FOTO - foto 1
Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında İŞTİRAK EDİB - FOTO - foto 2
Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında İŞTİRAK EDİB - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO