Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO

Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO

Hazırda oxunan: Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO
576300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Fransanın paytaxtı Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyası (COP10) fəaliyyətə başlayıb.

Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirin ilk hissəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
 

Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyasının (COP10) sədri seçilib.


Xatırladaq ki, Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 9-cu sessiyasının (COP9) sədr müavini seçilib.

Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO - foto 1
Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO - foto 2
Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO - foto 3
Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO - foto 4
Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO