İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərdi - MƏTN

İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərdi - MƏTN

Hazırda oxunan: İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərdi - MƏTN
57616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç, “Nur Otan” Partiyasının sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bizim dost ölkələrimiz arasında münasibətlər bu gün uğurla inkişaf edir, birgə layihələr fəal surətdə həyata keçirilir. Biz Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı bundan sonra da dərinləşdirmək əzmindəyik.

Azərbaycanın və Qazaxıstanın hakim partiyaları – Yeni Azərbaycan Partiyası və “Nur Otan” partiyası arasında əməkdaşlığın müsbət dinamikasını və fəal dialoqu məmnuniyyətlə qeyd etmək istərdim. Partiyalararası əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.

Əminəm ki, rəhbərlik etdiyimiz partiyalar arasında sıx qarşılıqlı fəaliyyət xalqlarımızın mənafeyi, ölkələrimizin firavanlığı naminə bundan sonra da dinamik inkişaf edəcək və dərinləşəcək.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Qazaxıstanın qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO