“Ermənilər Azərbaycanda yaşayırlarsa, azərbaycanlılar da Ermənistanda yaşaya biləcəklər” - Fərid Şəfiyev

“Ermənilər Azərbaycanda yaşayırlarsa, azərbaycanlılar da Ermənistanda yaşaya biləcəklər” - Fərid Şəfiyev

Hazırda oxunan: “Ermənilər Azərbaycanda yaşayırlarsa, azərbaycanlılar da Ermənistanda yaşaya biləcəklər” - Fərid Şəfiyev
55940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Cənubi Qafqazın üç müstəqil ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın ərazi bütövlüyü bölgədə sülhün gələcəyidir”.

Bizim.Media xəbər verir ki, bunu Tbilisidə Rondeli Fondunun keçirdiyi konfransda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, II Dünya müharibəsindən sonra Avropa təcrübəsinə nəzər salınsa, ərazi bütövlüyü məsələsinin Avropa təhlükəsizliyinin fundamenti olduğunu görərik:

“Digər önəmli məqam azlıqların müdafiəsindən ibarətdir. Burada biz Qarabağda yaşayan erməniləri nəzərdə tuturuq. Biz onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası barədə düşünürük və buna hazırıq”.

F.Şəfiyev qeyd edib ki, Azərbaycan həmçinin Ermənistanda yaşayan azərbaycanlıların məsələsini də qaldırmaq istəyir:

“Əgər ermənilər Azərbaycanda yaşayırlarsa, inanırıq ki, azərbaycanlılar da vaxtilə olduğu kimi, Ermənistanda yaşaya biləcəklər. Bütövlükdə, regionda gələcək sülh Cənubi Qafqazda vaxtilə mövcud olmuş etnik mozaykanın bərpasından keçir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO