Fransalıların Qarabağa gəlişinin qarşısı Laçında alınmalıdır - Çingiz Qənizadə

Fransalıların Qarabağa gəlişinin qarşısı Laçında alınmalıdır - Çingiz Qənizadə

Hazırda oxunan: Fransalıların Qarabağa gəlişinin qarşısı Laçında alınmalıdır - Çingiz Qənizadə

52086

Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib. Pekres fransalı deputatlar Bruno Riteiro və Mişel Barnye ilə birlikdə Araik Arutyunyan, David Babayan, həmçinin “Artsax”ın ruhani lideri ilə görüşüb. Halbuki, onun Ermənistan səfərinin rəsmi proqramında Qarabağa getməsi nəzərdə tutulmayıb. 

Qanunsuz səfərə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Bizim.Media-ya açıqlamsında deyib ki, bütün bu özbaşınalıqlar beynəlxalq hüquq normalarına uyğun olaraq həllini tapmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Çingiz Qənizadədən deputatlara İTTİHAM: “Bəziləri 1000-1200 nəfərlik şəbəkə yaradıblar” – VİDEO


“Biz sülhməramlıların müvəqqəti olaraq orada olmasını istəyirik, çünki onlar bölgədə olmasa, hazırda nə baş verdiyini təsəvvür etmək çətin idi”.

Hüquq müdafiçəsi qeyd edib ki, həmin kontingent orada ev tikir, nə bilim, təmirlər, yardımlar edir, biz də bütün bunlara göz yumuruq:

“Amma onlara aid nəzarət zonasına başqa ölkələrin nümayəndələrinin qanunsuz gəliş-gedişinə şərait yaratmaq təbii ki, yolverilməzdir. 

Ona görə də biz Laçında öz postlarımızı qurmaqda və dövlətimizin sərhədlərini qorumaqda davamlı və israrlı olmalıyıq. Qarabağın ermənilər yaşayan hissəsini, həm də Laçını nəzarətdə saxlamaq üçün postlarımızın olması vacibdir. Bütün bunlar razılaşdırılmalıdır. 
 

Yoxsa bölgədə sabitliyin bərqərar olması, sərhədlərin delimitasiya və demarkasiya prosesinə gedən yolda çətinliklərlə üzləşəcəyik. Amma ümidvaram ki, tezliklə bunlar da həllini tapacaq, biz bu prosesdən də üzüağ çıxacağıq”.


Qeyd edək ki, Qarabağa qanunsuz səfər edən fransızların Azərbaycanda arzuolunmnaz şəxs elan olunması gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO