İsrail səfirindən ünvanlı MESAJ: “Heç bir üçüncü dövlət Azərbaycanla...”

Hazırda oxunan: İsrail səfirindən ünvanlı MESAJ: “Heç bir üçüncü dövlət Azərbaycanla...”

43309

“Biz Azərbaycanla dostluğu dəyərləndiririk”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

Bakıda keçirilən "Rebuild Karabakh" sərgisində İsrailin hər tərəfindən müxtəlif texnologiyaların təmsil olunduğunu bildirən diplomat bunu İsrail və Azərbaycan arasında dostluq və inkişaf edən münasibətlərin simvolu adlandırıb.

"Biz bu dostluğu dəyərləndiririk və getdikcə artmasından məmnunluq duyuruq. Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarşı, nə də mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox işbirliyi görəcəyimə ümid edirəm", - deyə səfir Corc Dik deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO