Rusiya-Azərbaycan-Ermənistan liderlərinin görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Rusiya-Azərbaycan-Ermənistan liderlərinin görüşü ilə bağlı RƏSMİ AÇIQLAMA

42916

“Rusiya-Azərbaycan-Ermənistan liderlərinin görüşünün keçirilməsi ilə bağlı razılıq əldə olunarsa, Kreml bu barədə vaxtında məlumat verəcək”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün erməni mətbuatının yayadığı yanlış xəbərdən sonra RİA Novostinin sualına cavab olaraq açıqlayıb. 

Qeyd edək ki, bundan əvvəl  Ermənistanın “Aliq Media” saytı məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə noyabrın ilk ongünlüyündə Moskvada görüş keçiriləcək.

Görüş zamanı üçtərəfli bəyanat imzalanacaq.

Məlumata görə, birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyasına, ikinci sənəd regionda kommunikasiyaların, xüsusən də Azərbaycan və Naxçıvan arasında dəhlizin açılmasına aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO