Ermənistanı şoka salan “SÜLH MÜQAVİLƏSİ”ndə hansı şərtlər var? – DETALLAR 

Hazırda oxunan: Ermənistanı şoka salan “SÜLH MÜQAVİLƏSİ”ndə hansı şərtlər var? – DETALLAR 

37393

Mediada Moskvada sülh müqaviləsi ilə bağlı müzakirələrin aparıldığı iddiası tirajlanıb. Erməni KİV-in yazdığına görə, ölkələrinin müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla sülh müqaviləsinin detallarını müzakirə edib.

Bundan əvvəl də erməni KİV-ləri “Ermənistanın Ukraynadakı səfiri “Sülh müqaviləsi” gətirib” sərlövhəli yazılar dərc etmişdilər.

Yazıda vurğulanırdı ki, Paşinyanın tapşırığı ilə Kiyevdə Azərbaycan rəsmiləri ilə görüşən səfir müzakirələrdən “Sülh müqaviləsi”nin ilk nüsxəsini tərtib edib və Nikola gətirib. Yazılarda qeyd olunurdu ki, Paşinyan şərtlərlə razılaşıb və tezliklə Ermənistanın eleyhinə olan müqavilə, xalqın da xəbəri olmadan imzalanacaq.

Bizim.Media xəbər verir ki, ekspertlər bu haqda müxtəlif fikirdədirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO Ermənistanda Azərbaycan dili Mərkəzi açıldı - VİDEO 


Amma erməni mətbuatını narahat edən detallar maraqlıdır:

1. Sərhədin delimitasiya və demarkasiya prosesinin SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb.

2. Qarabağın “statusu” ilə bağlı erməni tərəfi heç nəyə nail olmayıb. Lakin bu məsələ İrəvan tərəfindən hələ də açıq saxlanılır.

3. Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılacaq.

4. Zəngəzur dəhlizi açılacaq. Ermənistan koridora görə tranzit haqqı ala bilər. 

5. Sənədin tamamlanması yanvar ayına qədər çəkəcək. 

Ermənistan mediasında səs-küyə səbəb olan bu məqamlar əslində Bakının İrəvana təqdim etdiyi yekun sülh müqaviləsi proqramına uyğundur. Ekspertlər belə düşünür.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO