Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavinini QƏBUL ETDİ - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavinini QƏBUL ETDİ - FOTO

36709

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərliik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. 

Nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov diplomatlarla müşavirə keçirdi – MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR 


Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir müavini Faruk Kaymakçı nazir Mevlüt Çavuşoğlunun salamlarını çatdırıb. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla qeyd etdi.

Nazir müavini Türkiyədə baş verən yanğınlar zamanı Azərbaycanın yardımını yüksək qiymətləndirərək, bu xüsusda təşəkkürünü ifadə edib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO