
- A-
- A
- A+
Siyasət
09:50 / 17.11.2020
1 dəq oxunma
Pompeo Türkiyədə olsa da Ərdoğanla görüşməyəcək
Hazırda oxunan: Pompeo Türkiyədə olsa da Ərdoğanla görüşməyəcək
2832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
ABŞ dövlət katibi Mayk Pompeo Türkiyə liderinin iş qrafikindəki dəyişikliklər səbəbindən respublikaya rəsmi səfəri zamanı Rəcəb Tayyib Ərdoğanla görüşə bilməyəcək.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yüksək rütbəli məmurları jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.
Söhbətin stenoqramı ABŞ-ın xarici siyasət idarəsi tərəfindən yayılıb.
“Biz hamımız - dövlət katibi, Türkiyə rəsmiləri, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və zənn edirəm ki, Prezident Ərdoğan da - razılaşdırılmış görüşlərin həyata keçirilməsini istəyərdik.
''Ancaq nəticədə bu olmadı, çünki Prezident Ərdoğanın cədvəli dəyişdi”, - deyə Dövlət Departamentinin rəsmisi qeyd edib''.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.































































































