Qırğızıstan Prezidenti də Xankəndiyə gedəcək

Qırğızıstan Prezidenti də Xankəndiyə gedəcək

Hazırda oxunan: Qırğızıstan Prezidenti də Xankəndiyə gedəcək
257896
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak etmək üçün iki günlük işgüzar səfərə gələcək.

Bizim.Media Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalib yayıb.

Onun sözlərinə görə, sammitin mövzusu “Etibarlı və iqlim baxımından dayanıqlı gələcək üçün İƏT-nin yeni baxışı” olacaq.

“Sammit çərçivəsində tərəflər təşkilatın gündəliyində duran aktual məsələləri, o cümlədən iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə üzv dövlətlər tərəfindən görülən tədbirləri müzakirə edəcəklər”, – deyə Abdumutalib qeyd edib.

Səfər çərçivəsində Sadır Japarovun iştirakı ilə Qırğızıstan tərəfindən inşa edilən Ağdam rayonundakı “Aykol Manas” məktəbinin rəsmi açılışı da keçiriləcək.

Qeyd edək ki, Xankəndidə keçiriləcək sammitdə təşkilata üzv dövlətlərin – Əfqanıstan, Azərbaycan, İran, Pakistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO