Ersin Tatar AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO

Ersin Tatar AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO

Hazırda oxunan: Ersin Tatar AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO
257853
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetinə (AzTU) səfəri çərçivəsində Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub.

Bizim.Media xəbər verir ki, Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva bildirib ki, mərkəz Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, bp şirkəti və Azərbaycan Texniki Universitetinin (AzTU) maliyyə dəstəyi ilə qurulub.

Mərkəzdə yaradılan imkanlar haqqında Prezident Ersin Tatara məlumat verən Xəyalə Hacıyeva qeyd edib ki, iki mərtəbədən ibarət kitabxana eyni vaxtda 200 nəfər istifadəçiyə xidmət göstərir.

Beynəlxalq standartlara cavab verən mərkəzdə elmi-mədəni irsin mühafizəsi və istifadəsini təmin edən repozitoriya yaradılıb və kitabxananın elektron xidmətlərinin inteqrasiya olunduğu veb-sayt hazırlanıb.
 

Mərkəz ən son təhlükəsizlik və özünəxidmət sistemi ilə təchiz edilib. Elektron köşklər oxuculara fiziki resurs kolleksiyasında olan resursun mövcudluq vəziyyətini təyin etməyə, özünəxidmət texnologiyası isə materialların istifadəçilər tərəfindən hesablarına daxil olmaqla sərbəst istifadəsini təmin edir. Bundan əlavə, kitabxana istifadəçilər üçün printer və skaner avadanlıqları ilə də təchiz olunub.


O da qeyd olunub ki, AzTU Kitabxana İnformasiya Mərkəzi yerli mütəxəssislər tərəfindən ölkədə yaradılmış ilk tam beynəlxalq infrastrukturlu kitabxanadır.

Ersin Tatar AzTU-nun Kitabxana İnformasiya Mərkəzi ilə tanış olub - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO