Məsud Pezeşkianın qızı da Bakıya gəlib – FOTO

Məsud Pezeşkianın qızı da Bakıya gəlib – FOTO

Hazırda oxunan: Məsud Pezeşkianın qızı da Bakıya gəlib – FOTO
246660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.

Bizim.Media xəbər verir ki, Məsud Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun qızı Zəhra Pezeşkian da olub.

Xatırladaq ki, doktor Pezeşkianın həyat yoldaşı uzun illər öncə dünyasını dəyişməsi səbəbindən İranda keçirilən prezident seçkilər zamanı da onun qızı Zəhra Pezeşkian müşayiət etmişdi...

Zəhra Pezeşkian digər xarici səfərlər zamanı da atasının yanında olub.

Qeyd edək ki, Məsud Pezeçkianın 3 övladı var – oğlanları Mehdi və Yusif, qızı Zəhra.

Prezidentin qızı Zəhra Pezeşkian İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. O, əvvəllər “Jam Petrochemicals” şirkətində işləyib.

İran prezidentinin kürəkəni - Zəhra Pezeşkianın həyat yoldaşı Həsən Məcidi hazırda Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində çalışır. O, ixtisasca maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib. (Modern.az)

Məsud Pezeşkianın qızı da Bakıya gəlib – FOTO - foto 1
Məsud Pezeşkianın qızı da Bakıya gəlib – FOTO - foto 2
Məsud Pezeşkianın qızı da Bakıya gəlib – FOTO - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO